LinkedIn blogunda etdiyi şərhlə 500 milyon istifadəçiyə çatdığını açıqladı. Verilən məlumata görə, hazırda sosial şəbəkədə 200 ölkədən qeydiyyatdan keçmiş istifadəçi var. Digər məlumatlara baxdığımızda isə belə bir nəticə qarşımıza çıxır: LinkedIn-də 10 milyondan çox aktiv iş elanı mövcuddur.
İstifadəçilər bununla birlikdə 9 milyon firmaya çata bilir. Sosial şəbəkənin diqqət çəkən digər istiqaməti də, professionallara istiqamətli məqalələr yayımlamasıdır. Buna görə, LinkedIn-də hər həftə 100 mindən çox məqalə paylaşılır.
2002-ci ildə Reid Hoffman tərəfindən əsası qoyulan "LinkedIn" , 13 İyun 2016-ci ildə Microsoft tərəfindən 26.2 milyard dollara alınmışdı. Sosial şəbəkə Mart 2011-ci ildə 100, Yanvar 2013-cü ildə 200, Aprel 2014-cü ildə 300 və oktyabr 2015-ci ildə 400 milyon istifadəçi qazandı.