Huawei və Samsung arasındakı Çində davam edən bir patent iddiası sona çatdı. Samsungun Huawei-nin patent pozuntuları səbəbiylə 11.6 milyon dollar təzminat ödəməsinə qərar verildi.



Huawei, Samsunga qarşı açdığı patent iddiasında 4G patentlərini pozduğu səbəbiylə maddi mənada zərərə məruz qaldığını ifadə edir və bunun qarşılığında Samsungun bu zərəri qarşılamasını istəyirdi. Açılan iddia sonunda gülən tərəf Huawei oldu.



İddianın Çin və Amerikada bazara qoyulan 20 telefonu əhatə etdiyi ifadə edilir. Bu telefonların Huawei-nin patentlərini pozduğu deyilir.



Samsungun iddia ilə əlaqədar necə bir qarşılıq verəcəyi indidən maraqla gözlənilir.