WhatsApp istifadəçilərin bir-birlərinə pul transferi etmələrinə imkan verən funksiyasını yaxında istifadə etmək üçün təqdim edəcək. WhatsApp yeniliklərini hər keçən gün artırmağa davam edir.



WhatsApp,Facebook Messenger-a gələn pul transferi funksiyasını öz tərkibinə əlavə edəcək. Facebook tərəfindən alınan WhatsApp, pul transferi funksiyasından Hindistanda test etməyə başladı.



WhatsApp etdiyi şərhdə Hindistan bazarına olduqca əhəmiyyət verdiyini və bu bölgədə fərqli xidmətlər təqdim etmək üçün işlər icra etməyə davam edəcəyini ifadə etdi.



Hindistanın üstünlüyünə səbəb isə daha əvvəl bu xidmətin burada sınanmış olmasıdır. Bəzi mənbələrə görə WhatsApp, Hindistanda dövlət dəstəkli bəzi çarpaz bank sistemləri inteqrasiya edir və insanlar arası pul çatdırılmasına vasitəçilik etməyi planlaşdırır.