Google, Android cihaz istehsalçılarıyla etdiyi razılaşma ilə patent üzrə məhkəmə prosesinə son verməyi hədəfləyir. Google, Samsung, HTC, LG və daha bir çox şirkətin imzasının olduğu yeni bir razılaşmada patent iddiasına qarşı güclərini birləşdirirlər.



Google və aralarında Samsung, LG və HTC şirkətləri də daxil olmaqla "Android Networked Cross-License" adlı patent razılaşmasını qəbul etdi.



Latıncada "Barış" mənasını verən və PAX olaraq adlandırılmış müqavilədə Android və Google tətbiqləri barəsində şirkətlərin tam sərbəstlik təmin etməsi lazımdır. Bu şəkildə də firmalar artıq ən sadə şeylər üçün belə patent iddiası qaldırmayacaqlar. PAX razılaşmasıyla birlikdə şirkətlərin patent döyüşü sona çatacaq kimi görünür. Hər şirkətin daxil ola biləcəyi müqavilədə hansı patentlərin olduğu ilə əlaqədar hələ dəqiq bir məlumat yoxdur.