Oculus-un təsisçisi Palmer Luckey Facebookla yollarını ayırır. Facebook, mövzuyla əlaqədar etdiyi şərhdə Luckey-in Facebookdan ayrıldığını təsdiqləyib və "sənin üçün darıxacağıq" ifadəsi istifadə edilib. Oculus-un təsisçisinin gedişinin öz istəyi ilə olub olmadığı ilə əlaqədar suala Facebook nümayəndələri hər hansı bir şərh etməyiblər.
Facebook tərəfindən edilən şərh : "O bir sənayenin doğuşuna səbəb oldu. Oculus və VR adına etdiyi hər şey üçün ona minnətdarıq. Bundan sonra da ən yaxşı diləklərimiz onunladı "
Oculus Rift üçün 2,4 milyon dollar hədiyyə yığdığı Kickstarter kampaniyası ilə adını eşitdirən Palmer LUCKEY, Facebook tərəfindən alınmadan əvvəl yalnız iki il çalışmış bir virtual şirkətin təsisçisi idi.
LUCKEY reallıq eynəyini bazara təqdim etdikdən qısa bir müddət sonra Mark Zuckerberg, Oculus-un təsisçisi Palmer LUCKEY ilə satın alma əməliyyatı üçün razılığa gəlib çıxmışdı. VR sektorunun əhəmiyyətli adlarından Palmer Luckey-in yeni dayanacağı indidən maraqla gözlənilir.