SensorTower-in yazdığına görə, Pokemon Go oyunu yeddi ay ərzində 1 milyard dollar qazandı. Bildirilir ki, Pokemon Go-nun göstəricisi bütün mobil əlavələr tarixində rekord oldu. Bununla belə mənbə qeyd edir ki, Pokemon Go-nun gündəlik gəliri 1,5-2,5 milyon dollara qədər enib. Ötən yay işə salma vaxtı oyunun gündəlik gəliri 18 milyon dollar təşkil edirdi.



Pokemon Go - 6 iyul 2016-cı ildə buraxılan, əlavə reallıq elementlərinə malik oyundur.