Facebook Messenger-də reklam elanlarını test edir. Hələ ki, sınaq Tailandda və Avstraliyada mümkündür. Bu haqda mesencerin bloqunda bildirilir. Reklam elanları Messenger-in əsas ekranında bannerlərin karuseli şəklində təqdim olunur. Eyni format artıq Facebook-un əsas proqramında istifadə olunur.
Eyni zamanda vurğulanır ki, reklam verənlər istifadəçi istəmədən onunla ünsiyyətə başlaya bilməyəcəklər.
Testin dünyanın başqa regionlarında daha geniş format alacağı haqqında məlumat hələ bildirilmir. Belə reklamın mümkün tam miqyaslı işə salınması həmçinin, məlum deyil.