YouTube-un bloqunda verilən məlumata görə, videoservis istifadəçilərə əlavə ödənişlə onlayn-yayımlar zamanı öz şərhini daha gözə çarpan etməyə imkan verəcək - Super Chat funksiyasını anons edib.



Yeni alətin köməyi ilə onlayn-yayım tamaşaçıları xüsusi rənglə seçiləcək və müəyyən müddətə çatın yuxarı hissəsində qala biləcək şərhlər yaza biləcəklər ki, bu da onlara aparıcıların diqqətini cəlb etməyə imkan yaradacaq.



Bu halda, Super Chat şərhlərinin qiyməti yazının uzunluğundan, rəngindən və topda qalma müddətindən asılıdır. Verilən məlumata görə, ABŞ-da bir Super Chat mesajının minimal qiyməti 1 dollar, maksimal qiyməti isə 500 dollar təşkil edəcək. Maksimal ödənişin seçimi zamanı mesaj qırmızı rəngdə olacaq, yuxarıdan 5 saat ərzində qalacaq və onun maksimal uzunluğu 350 simvol təşkil edəcək.



Hal-hazırda funksiya ABŞ, İngiltərə, Almaniya, Avstraliya, Kanada, Yaponiya da daxil olmaqla 12 ölkə üçün mövcuddur. İstehsalçılar funksiyanı yanvarın sonuna kimi bir sıra başqa ölkələrdə də buraxmağı söz verirlər.