Yanvarın əvvəlində Alp dağətəyində Audi minik avtomobili, qarın içində batıb qalmış 40 tonluq yük maşınını dartıb çıxarmışdır. Audi markasının gənc fanatları – Maks, Nikolas və Tomas öz üç avtomobillərini yedək burazıyla birləşdirərək, batmış nəhəngi çıxarıblar.



Hadisə videoya çəkilmişdir ki, yük maşınının minnətdar sürücüsü Rolando Didio həmin videonu Facebook-da paylaşmışdı. Çarx dərhal məşhur oldu və video 4,2 milyon baxış, 28000-dən çox bölüşmə və demək olar ki, 7000 şərh yığıb. Bu, bahalı rəqəmsal kampaniyaların yalnız arzu edə biləcəyi bir göstəricidir.



"Audi"da bu hekayənin həqiqiliyini təsdiq edərək bildiriblər ki, şirkət bu hadisədə iştirak etməmişdir. Amma avtoistehsalçının İnqolştadtdakı qərargahında gənc sürücülərin işindən və Quattro qurğusunun effektivliyindən heyrətlənərək, onları yeni modelin test-drayvına dəvət etmişlər. Ötən həftəsonu trio tam ötürücüyə malik yeni nəsil Q modellərini sınaqdan keçirmişlər.