Venture Beat yazır ki, Facebook baxışı izləmə sahəsində ixtisaslaşan The Eye Tribe startup-ını əldə edib. Sövdələşmənin məbləği açıqlanmır. Facebook The Eye Tribe texnologiyasından istifadə edərək özünün Oculus Rift VR-qarniturunun funksionallığını artırmaq fikrindədir.
The Eye Tribe – qurğuya yerləşdirilə bilən göz hərəkətlərinin izləmə sistemi ilə tanınır. Şirkət 2011-ci ildə təsis edilib.
Bu ilin noyabr ayında Facebook üz və emosiaları tanıma sahəsində olan FacioMetrics startup-ını almşdı.