VentureBeat-in yazdığına görə, Facebook açıq giriş nöqtəsinə malik Wi-Fi göstərən funksiyanı test etməyə başlayıb. Servis xəritədə simsiz internetə ən yaxın giriş nöqtəsini, həmçinin ora çatmaq üçün lazım olan vaxtı göstərəcək. Facebook nümayəndəsinin bildirdiyinə görə, funksiyanın məqsədi – insanlara həmişə dostları ilə əlaqədə olmağa və fasiləsiz internetdə qalmağa kömək etməkdir.



Funksiya yalnız bəzi ölkələrin istifadəçiləri üçün mövcud olacaq.