Sollers avtomobil şirkəti və POSSIBLE Group UAZ Patriot-un yenilənmiş modeli üçün reklam kampaniyası buraxıb. Marketinq direktoru Andrey Yarmolçukun sözlərinə görə, kampaniya yeni auditoriyanın cəlb edilməsinə yönəlib. “Reklam kommunikasiyasında biz, televiziya çarxlarında və çöl fomatlarda məhsulun özünün vizual təqdimatını, eləcə də promo-saytda bütün texniki yeniliklərin ətraflı təhlilini təqdim etmişik.”





POSSIBLE Group-un bədii rəhbəri Yekaterina Tkaçenko: “Bütün kampaniyanın vizual stili zərif ciddilik ilə əhatə olunub. Təmkinli lakin qeyri təvazökar, cəsarətli lakin qeyri kobud - bu promo kampaniyanın ümumi stilidir. Aydınlıq, funksionallıq və gözəllik – avtomobilin keyfiyyəti və bütün kommunikasiya sistemi yenilənmiş modeli təqdim edir.”