Lexus avtomobil şirkətinin yeni modeli Çili acı bibərinin - Sriracha IS adını alıb. Avtomobil bibərə xas olan tünd-qırmızı rəngə boyanıb. Qeyd edək ki, salonun daxilində acı sous istehsal edən Huy Fong Foods şirkətinin loqotipi əks olunub. Həmçinin, avtomobilin kondisioneri Hot Sriracha rejiminə malikdir ki, o da ən intensiv iş rejimində işləyir.



Model Los Ancelesdə avtomobil sərgisində nümayiş olunacaq.