Demokrat partiyasından namizəd olan Hillari Klintonun, 17 ay ərzində keçirilən seçki qabağı kampaniyada reklama çəkilən xərcləri, Respublikaçı Donald Trumpdan 3,5 dəfə çoxdur. Bununla belə, yeni seçilmiş prezident digital və merchandising-ə rəqibindən daha çox sərmayə qoyub.
ABŞ-ın Federal Seçki Komissiyasının məlumatına görə, Hillari Klinton seçki qabağı kampaniyaya 897,7 milyon dollar xərcləyib. Ümumilikdə onun hesabına 1 milyard dollardan çox vəsait daxil olub. Kampaniyanın ən böyük “donoru” maliyyəçi Donald Sussman olub. O, Klintonun kampaniyasına 21,8 milyon dollar xərcləyib.
Onun rəqibi Donald Trump isə kampaniyaya iki dəfə az vəsait xərcləyib - 429,5 milyon dollar. Ümumilikdə, o kampaniya üçün 512,2 milyon dollar toplayıb, bunlardan 56,1 milyon dollar onun öz vəsaitidir.
Hər iki namizədin kampaniyasında ən çox xərclər reklama sərf olunmuşdur. Klinton buna 237,9 milyon dollar, Tramp isə 67,9 milyon dollar pul xərcləyib. Dövlət katibi 44 milyon dollar işçilərin əmək haqqına, 24 milyon dollar isə nəqliyyat xərclərinə sərf edib.
Respublikaçı digital-a Klintondan 3,7 dəfə çox vəsait sərf edib – 58,6 milyon dollar. Klintonun digital-a çəkdiyi xərc 15,8 milyon dollar təşkil edib. Bundan başqa Tramp merchandising-ə (papaq, köynək, bayraqlar) fəal şəkildə sərmayə yatırıb. O, buna 16,8 milyon dollar, Klinton isə cəmi 2,6 milyon dollar sərf edib.