Adweek-in məlumatına görə, Motorola şirkəti Moto Z yeni gadgeti üçün reklam çarxı buraxıb. Bu 2011-ci ildən bəri şirkətin ilk çarxıdır. Videoda şirkətin köhnə şüarı «Hello Moto» istifadə olunur. Marketinq direktoru Ian Hakfeldtin sözlərinə görə, Motorola rəqiblərindən fərqli olaraq, son bir neçə il ərzində sənayedə real dəyişikliklər aparır. “«Hello Moto» kampaniyasının məqsədi nostalji hisslərin köməyi ilə şirkətin keçmiş şöhrətini qaytarmaqdır”, – Hakfeldt əlavə edib.
Reklam çarxı Ogilvy NY reklam agentliyi tərəfindən hazırlanıb.