Philips şirkəti komiks qəhrəmanı olan hörümçək-adamla sosial reklam təqdim edib. Süjetə görə pəncərə yuyan qəhrəmanın kostyumunu geyinərək, xəstəxanada olan uşaqları əyləndirmək qərarına gəlir. Philips reklam departamentinin başçısının sözlərinə görə, “çarxın qəhrəmanı inanır ki, uşaqlara gözəl əhval-ruhiyyə bəxş etsən, onlar tez sağalarlar. Bu, biganə olmayan münasibətin necə həyatı dəyişə bilməsinin əla nümunəsidir. Biz bu yanaşmanı dəstəkləyirik”. Reklamın sloqanı – “Philips-də biz səhiyyəni fərqli görürük. Həyatı daha gözəl etmək üçün həmişə bir yol vardır”. Çarxı Ogilvy and Mather London reklam agentliyi hazırlayıb.
Xatırladaq ki, iyun ayında Cannes Lions festivalında Pharma kateqoriyası üzrə əsas mükafatı Philips brendi üçün hazırlanmış Breathless choir kampaniyasına görə, Ogilvy & Mother London agentliyi qazanmışdır.