IKEA-nın fransiz filialının çəkdiyi yeni reklam çarxının süjeti, ananın balaca oğlu ilə mağaza şəbəkəsini ziyarəti ətrafında qurulub. Lakin balaca oğlan öz qəribə davranışı ilə seçilir: o, inamla mebel seçir və mətbəx saxlanması üçün qutuları yoxlayır. O, həmçinin pulu özü ödəyərək, qiymətin münasib olduğunu ifadə edir. Çarxın sonunda uşaq aldığı mebeli furqona özü yükləyir və sükan arxasına oturur. Və yalnız son saniyələrdə oğlan böyük gənc oğlana çevrilir və tamaşaçı anlayır ki, onu uşaq kimi yalnız anası görür.
İsveç markası öz video çarxında iki anlayışı bağlayır – müştərilərlə emosional yaxınlıq ilə aşağı qiymətlər. Çarx “Kaş ki, biz bəzi şeyləri həmişəlik kiçik saxlaya bilərdik. İKEA-da qiymətlər ilboyu kiçik qalır” sloqanı ilə bitir. Çarxı Buzzman avropa agentliyi hazırlamışdır.