Dove markası real gözəllik dəyərləri üzərində qurulumuş reklam kampaniyaları ilə tanınır. Real Beauty Beats layihəsi Black Ship yaradıcı studiyası tərəfindən Dove-ın portuqaliya şöbəsi üçün hazırlanmışdır.
Yeni kampaniya, qarşılarındakı ekranda əks olunan qadınların gözəlliklərini təsvir edərkən kişilərin verdiyi reaksiyaya əsaslanır. Təcrübə zamanı real-vaxt rejimində iştirakçı kişilərin ürək döyüntülərinin sayı ölçülmüşdür. İlkin olaraq yalniz fiziki xüsusiyyətləri ilə bağlı – gözəl gözləri, gözəl üzü və s. ilə səthi tərif yaradan modellərin şəkilləri göstərilmişdi.
Təcrübənin ikinci hissəsində kişilərə yaxınlarının – bacilarının, qızlarının, həyat yoldaşları və analarının şəkilləri göstərilmişdir. Bu qadınların gözəlliyinin təsviri zamanı kişilərə sevgi, vəfa, heyranlıq kimi xüsusiyyətlər, həmçinin xatirələri və sevgi hissləri təsir edir. Bu zaman ürək döyüntülərində ciddi bir artım müşahidə olunur ki, bu da əsl gözəlliyin ürəklə bağlılığını sübut edir.
Real Beauty Beats layihəsi Dove Beleza Real-ın rəqəmsal platformasını da inkişaf etdirmək niyyətindədir ki, onun da əsas məqsədi bütün dünya qadınlarını öz görkəmlərinə qarşı müsbət baxışlar yaratmağa stimullaşdırmaqdır.