Sentyabrın əvvəlində Apple San Francisco ənənəvi təqdimat mərasiminə yeni məhsullarını təqdim etdi. iPhone xəttinə iPhone7 və iPhone7 Plus modelləri əlavə olundu. Yeni smartfonlar öz sələflərindən həm funksionallığı və həm də görünüşünə görə çox fərqlənir. Yeni məhsulu nümayiş etdirmək və onların imkanları haqqında məlumat vermək üçün istehsalçısı yeni reklam təqdim edib.



Bazar günü, Emmy mükafatı zamanı Apple iPhone7-ni “Practically magic” (ing. Demək olar ki, sehrli) adlı reklam çarxı vasitəsi ilə təqdim etdi. Çarxın məqsədi smartfonun yeni funksiya və imkanlarını təqdim etməkdir. İlk növbədə şirkət, su keçirməzlik və qaranlıqda yüksək keyfiyyətli şəkil və video çəkmək qabiliyyətinə malik yeni nəsil kameranı qeyd edir. Məhz bu xassələr reklamda nümayiş etdirilir.



Çarxda axşam gəzintisi zamanı qarşısına çıxan hər bir şeyin şəklini çəkən skeytbordçu göstərilir.





Növbəti video korpusun su keçirməzliyinə həsr olunub. Burada velosipedçi yağışlı havada gəzintiyə çıxır.





Yeni iPhone ilə yanaşı Apple ikinci nəsil “Apple Watch”u da təqdim edib. Video hərəkətlə doludur. Burada qəhrəmanlar qaçır, tullanır, rəqs edir, üzürlər. Şirkətin yeni saatlarına GPS quraşdırılıb və onlar da həmçinin, su keçirməzdilər.