Adidas taydəyişik ayaqqabı reklamını çəkdi. Yeni ayaqqabı xəttinə iki sağ və ya iki sol ayaqqabı daxildir. Videoda qeyd edilir ki, belə cüt ayaqqabılar "həyatının bütün uyğunsuzluqlarını dəf edən, ruhlandırıcı paraolimpiyaçıların" sayəsində buraxılmışdır.





Çarxda 1999 ildə Hindistan və Pakistan arasındakı silahli qarşıdurmada bir ayağını itirən, Hindistan idmançısı mayor D.P. Sin çəkilmişdir. Buna baxmayaraq o 18 marafon qaçmışdır.



Xatırladaq ki, hazırda Braziliyada Paraolimpiya Oyunları keçirilir. Onlar sentyabrın 18-də başa çatacaq.