IOS və Android üçün Twitter istifadəçiləri mesajların oxunması haqqında bildirişləri görəcəklər. Bu barədə xidmət nümayəndələri şirkətin bloqunda yazmışlar. Eyni funksiyanın olduğu Facebook Massenger-dən fərqli olaraq, akkaunt sahibləri xidmətdən imtina edə bilərlər. Bunu etmək üçün, sadəcə təhlükəsizlik və gizlilik ayarlarına girmək və seçimi söndürmək lazımdır.
Mesajların oxunması haqqında bildirişlərdən əlavə, Twitter mətn daxil etmə göstəricisi və DM linklərində genişləndirilmiş önizləmə əlavə etdi. Bütün bu funksiyalar WhatsApp, Viber və bu kimi digər məşhur mesencerlərə xasdır. Twitter-in onları əlavə etməsi proqramın tam bir mesencerə oxşaması kimi olmaq deməkdir.
Mobile Ecosystem Forum (MEF) beynəlxalq təşkilatının son hesabatına görə, 65% istifadəçilər biznes ünsiyyətini tətbiqetmələr vasitəsi ilə qururlar. Sorğuda 6 min insan iştirak etmişdir. İnsanlar öz aralarında əsasən, Facebook vasitəsilə (56%) ünsiyyət qururlar, WhatsApp isə 50% istifadəçilərin payına düşür.