Amerikalı aktyor və rok müğənnisi, "30 Seconds to Mars" qrupunun salisti Jared Leto Gucci-nin yaradıcı direktoru Alessandro Michelenin dəvəti ilə reklam kampaniyasında iştirak edib. Çarxda Jared Leto ilə birlikdə Julie Hafstrem və Vera van Erp də yeni film çəkilişlərində iştirak edib. Çarxın rejissoru Glen Lachford olub. Hadisələr Venesiya şəhərində cərəyan edir. Süjet Gustav Mahlerin №5 Simfoniyası altında yaşanır. Kampaniyanın yeni şüarı – günahsız günah adlanır (#GuiltyNotGuilt).





Çarxın yaradıcıları seçim azadlığından ibarət ətir cütlüyü ideyasını sevgi üçbucağındakı duyğu əlaqələri vasitəsilə ifadə etməyə çalışmışlar. Ətirin yeni reklamı - ənənəvi kişi və qadın ətirləri haqqında köhnəlmiş klişe və yanlış fikirlərə yer olmayan, əsl azadlıq təcəssümüdür.



"Alessandro aydın gender sərhədlərini pozur. Bu cəsarətli səyahətə onunla yollanmaq əyləncəli və maraqlı idi. Mənim onun cinsi deyil, şəxsi təqdim etməsi ideyası xoşuma gəldi.” - Jared Leto Michele ilə olan işi haqqında deyib.





2010-ci ildə buraxılan Gucci Guilty ətiri gənc və cəsarətli bir ətir olaraq təqdim edilmişdir. Müxtəlif vaxtlarda onu yarıçılpaq Evan Rachel Wood və Chris Evans reklam etmişlər.