Şirkətin bildirdiyinə görə, Twitter mikrobloqunun istifadəçiləri öz videoçarxlarında yerləşdirdikləri reklamdan gələn gəlirin bir hissəsini ala biləcəklər. İlk olaraq servisdən gəliri amerika istifadəçiləri əldə edə biləcək. Hal-hazırda Twitter Amplify Publisher Program motenizasiya proqramından yalnız CBS və ABŞ-ın Milli Futbol Liqası (NFL) kimi iri şirkətlər istifadə edə bilir.



İstifadəçi videoçarxı paylaşmazdan əvvəl, müvafiq bölmədə qeyd qoymalıdır. Bundan sonra onun əvvəlinə reklam əlavə olunacaq. Məlumatda bildirilir ki, “Reklam gəlirlərinin bir hissəsi yaradıcıya (videoçarxın - RNS) veriləcək.



Recode portalının məlumatına görə, Twitter istifadəçiləri videoda yerləşdirdikləri reklam gəlirlərinin 70% alacaqlar. YouTube isə öz bloqçularına cəmi 55% ödəyir. Beləliklə, Twitter öz işlərindən pul qazanmaq istəyən müəlliflər üçün daha cəlbedici ola bilər.