WhatsApp öz istifadəçilərinin telefon nömrələri bazasını Facebook sosial şəbəkəsi ilə bölüşəcək. “Sizin nömrəniz Facebook sistemi ilə əlaqələndikdə onlar sizə daha dəqiq dostluq tövsiyyələri və uyğun elanları göstərə biləcək” - şirkət bildirib.



Məlumatda bildirilir ki, mesencer yaxın vaxtlarda istifadəçilərə potensial saxta əməliyyatlar haqqında bankların və ya uçuş gecikmələri haqqında aviaşirkətlərin xəbərdarlığı kimi reklam və spam bildirişləri olmadan, onları maraqlandıran şirkətlərlə qarşılıqlı əlaqə qurmağa imkan verən yeni funksiyanı test etməyi planlaşdırır. Bununla belə, WhatsApp istifadəçilərin şifrələnmiş mesajlarının gizli qalacağını təsdiqləyib.



İstifadəçi sayı milyardı ötən mesencer 2014 ildə Facebook tərəfindən 22 milyard dollara alındıqdan sonra ilk dəfə olaraq məxfilik siyasətini dəyişəcək.