Harley-Davidsonun Avstraliya nümayəndəliyi özünün YouTube kanalinda Marvel şirkəti ilə birlikdə hazırladığı reklam treylerini buraxdı.
Videoda məşhur super qəhrəmanların kostyum elementlərinin dizaynından istifadə olunmuş bir neçə yeni motosiklet təqdim olunub. Beş saat ərzində çarx 10 mindən çox baxış yığıb.
Videoda Marvel kainatının personajları – Dəmir adam, Halk, Hörümçək-adam, Qara-dul, Qara pantera, Tor və Kapitan Amerika görünür.