Facebook "Facebook Messenger"də şirkətlər və istifadəçilər arasındakı qarşılıqlı əməkdaşlıq siyasətini yeniləyib. Facebook bloqunda bildirilir ki, sosial şəbəkə şirkət və brendlərə mesaj və ya sorğunun alındığı andan istifadəçiyə cavab vermək üçün maksimum 24 saat müddət verəcək.



Sosial şəbəkənin yaradıcıları əmindirlər ki, bu yenilik Facebook Messenger auditoriyasına şirkətlərdən zamanında informasiya almağa imkan verəcək.



Lakin, sosial şəbəkə bir neçə istisna halları da edib. Belə ki, pul köçürmələri, hava daşıyıcılarından bilet bronlaması kimi təcili və mühüm məlumatlara 24 saat məhdudiyyəti qoyulmayacaq.



Məhdudiyyətlər ilə yanaşı, Facebook Messenger abunə üçün digər xüsusi qaydalar təqdim edəcək. Abunəliklər şirkət və yaradıcılara imkan verəcək ki, kontenti istifadəçilərə müntəzəm olaraq yayımlasınlar.



Beləliklə, Facebook bizneslərə "24 saat" dövrünün xaricində abunə çərçivəsində mesaj göndərməyə imkan verir. Abunə kontentinə standart mesaj qaydaları aid edilir, abunə istifadəçinin özü tərəfindən aktivləşdirilməlidir. Eyni zamanda, reklam mesajlarının abunə ilə göndərilməsi qadağandır.