Facebook adminstrasiyası xəbər lentinin iş alqoritmini yeniləyib. İndi o kifayət qədər aydın olmayan başlıqlarla verilən linklərin lentdə görünmə prioritetini azaldacaq. Bunu Facebook press-relizdə bildirib.



Söhbət oxucunun marağına səbəb olan, lakin məqalənin əsl məzmununu gizlədərək onu linkə daxil olmağa məcbur edən başlıqlarla paylaşılan postlardan gedir. Məsələn, “Prezident mühüm bəyanatla çıxış edib”, “O, dəhşətli hadisənin şahidi olub” və s. Bu təcrübə klikbeytinq adlanır və Facebook bunu nəşrlərə yayımlamağı tərgitməyə çalışır.



Bunun üçün biraz əvvəl sosial şəbəkə həmin linkdən xəbər lentinə tez qayıdan postların yayılmasını azaltdı. Bu dəfə şirkət daha irəli gedərək, klikbeyt başlıqları tanıyan sistem yaratdı. Əvvəlcə Facebook komandası on minlərlə başlıqları analiz edərək, belə başlıqları iki meyar əsasında vurğuladı. Birinci: başlıqda məqalənin məzmunu aydın olmur. İkincisi: başlıq oxucuda əsassız gözləntilər yaradaraq, şişirdilmiş məzmun təsvir edir.



Bu göstəricilər əsasında sistem, klikbeyt başlıqlarda daha çox istifadə olunan ifadələri tanıyır. Nəticədə, o linklərində belə başlıqlardan tez-tez istifadə edən səhifələrin prioritetini azaldacaq.



İyun ayında Facebook xəbər lenti alqoritmini yeniləmişdi. Onda sosial şəbəkə dost və qohumların postlarını yüksək mövqeyə qoyan qaydalar tətbiq etmişdi. Bundan əlavə, üstünlük foto və videolara verilir.