Facebook yeni format videoreklamı test edir. Bu “Live”in birbaşa efirində göstərilən 15 saniyəlik videoçarxlardır. Təcrübə məhdud miqyasda həyata keçirilir.



15 saniyəlik reklam fasiləsini efirin beşinci dəqiqədən sonra istənilən yerində vermək olar. Video avtomatik olaraq reklamverənlərin cari kampaniyalarından Facebook-a çəkilmiş olunur. Əgər reklam konkret efirdə yersiz olarsa, onun nümayişini söndürmək mümkün olur.



Facebook-un mətbuat katibinin sözlərinə görə, şirkət hələ canlı efirdə verilən reklamdan gəlir əldə etmir. Bundan əlavə, sosial şəbəkə BuzzFeed və The New York Times kimi nəşriyyat qruplarına Live üçün məzmun yaradılmasına görə pul ödəyir.



Kokoc Group-un reklam hədəflənməsi üzrə aparıcı mütəxəssisi Vladimir Baqanovun sözlərinə görə: “Facebook Live YouTube-un birbaşa rəqibi kimi tədricən inkişaf edir. Həmçinin, Mark Zuckerbergin komandası öz kanalında maraqlı kontent yaratmaq üçün YouTube kanalında daha çox baxış yığan tanınmış bloqçularuları, digər məşhurları əməkdaşlığa dəvət edir.



“Yandex” bu yaxınlarda videoreklam istiqamətindəki inkişafdan danışdığını nəzərə alsaq, demək olar ki, Facebook Live 15 saniyəlik reklamla kifayətlənməyəcək. Artıq mövcud olan və yəqin ki, yeni formatları da sınaqdan keçirəcək.



Facebook Live-də reklam xüsusilə brendlərin tanınmasında faydalı olacaq, belə ki, bu sosial şəbəkənin istifadəçiləri məlumatların qəbulu baxımından çox fəaldırlar. Hesab edirəm ki, Facebook müəyyən müddətdən sonra, axtarış və genişləndirilmiş reklam alətləri ilə sosial şəbəkədən Google-un rəqibinə çevrilə bilər.”



Xatırladaq ki, Facebook video yayım funksionallığı olan Live-i 2015-ci ilin avqust ayında məşhurlar üçün Mentions proqramında buraxıb. Həmin ilin dekabr ayında Live funksionallığı ABŞ-da bütün istifadəçilər üçün buraxıldı. 2016-ci ilin aprel ayında isə hamı üçün əlçatan oldu.



Sosial şəbəkənin Live-də reklam test etməyə hazırlaşması 2016-ci ilin aprelində məlum olmuşdu.