“Google”un gəlirləri ikinci rübdə 21% artaraq, 21,3 milyard dollar, mənfəəti isə 24% artaraq 4,9 milyard dollar olmuşdur. Güclü artım göstəriciləri yaxşı onlayn reklam satışı, ilk növbədə mobil reklam satışı ilə bağlıdır.
Keçən həftə internet nəhəngi Google-un daxil olduğu Alphabet şirkəti II rübün hesabatını verdi. Bu dövrdə “Google”un gəliri 21% artaraq, 21,3 milyard dollar, mənfəəti isə 24% artaraq 4,9 milyard dollar olmuşdur. Alphabet-in bütün gəliri 21,5 milyard dollar olmuşdur ki, bunun 99%-i Google-un payına düşür. Google-un nəticələri ekspertlərin gözləntilərindən daha yaxşı oldu. Onlar şirkətin gəlirinin 20,8 milyard dollar, mənfəətinin isə 3,9 milyard dollar olacağını proqnozlaşdırırdılar. Bu artım şirkətin yaxşı reklam satışları ilə əlaqədardır. Bununla belə, Google-un reklamla əlaqədar olmayan gəlirləri daha sürətlə artmağa başlayıb. Belə ki, reklam gəliri 19% artdığı halda, qeyri reklam gəlirləri 33% artmışdır.
Həmçinin, ötən həftə digər texnoloji korporasiya Facebook tərəfindən rüblük hesabat nəşr olunmuşdur. Şirkətin satışları ikinci rübdə rekord səviyyədə - 59% artıb, onlayn reklam satışları 63% artıb. Bundan başqa şirkət axtarış reklam bazarına aktiv şəkildə çıxmaq niyyətini də bildirib. Google artıq çoxdan axtarış reklamı gəlir mənbəyinə çevirib. eMarketer tədqiqat şirkətə görə, Google onlayn reklam bazarının ümumi həcmi 187 milyard dollar olan 31%-ni nəzarətdə saxlayır.
Daha böyük pay mobil reklamın üzərinə düşür. Ekspertlərin fikrincə, indi bütün axtarış sorğularının yarısı mobil cihazlarla axtarışın payına düşür. Kenshoo şirkətinin bildirdiyinə görə, ikinci rübdə reklamverənlərin mobil axtarış reklamına sərfi, keçən ilin eyni dövrü ilə müqayisədə 63% artıb, bununla belə, adi axtarış reklam isə - 10% artıb.