PantenePro-V (Procter&Gamble) markası "Pantene reklamındakı kimi saç axtarırıq" adlı kampaniya keçirib. Geniş miqyaslı müsabiqə çərçivəsində iştirakçılara brendin reklam şəkilləri üslubunda olan fotolarını VKontakte, Facebook, və ya Instagram-a qoymaq təklif edilib. Bu işdə onlara HPMDNetwork texnoloji şirkət tərəfindən hazırlanmış şirkətin komunikasiya alətlərindən biri selfi-banner kömək etmişdir.
Bu kampaniya hədəf auditoriyası arasında brendə olan marağın artırılması məqsədini daşıyır. Bununla Pantene nümayəndələri istifadəçilərə bildirmək istəmişlər ki, Pantene reklamındakı effekti almaq üçün supermodel olmağa ehtiyac yoxdur, bunun üçün şirkətin məhsulundan istifadə etmək kifayət edər. Bunu təsdiqləmək üçün brend müsabiqə qaliblərinə Pantene-nin art-direktorundan dəyişmə və Glamour jurnalındakı Pantene reklamının fotosessiyasının qəhrəmanı olmaq imkanı yaratdı.
Kampaniyanın sonunda "Pantene reklamındakı kimi saç axtarırıq" müsabiqəsinin davam etdirilməsi qərara alınıb. Artıq 8000-dən artıq iştirakçının iştirak etdiyi müsabiqənin ikinci mərhələsi avqustun birində başlayır.
Kontentə baxış zamanı istifadəçilərə "Pantene reklamındakı kimi saç axtarırıq" mesajlı reklam tizerini açmaq təklif olunur. Genişləndirilmiş tam ekran bannerində selfie etmək təklifi edən böyük bir düymə var: istifadəçi qalereyadan mövcud bir şəkil seçə və ya bannerdən öz şəklini çəkə bilər. Hər bir şəkil Pantene-nin vizual obrazına uyğun olaraq brenləşdirilir və haşiyəyə alınır. Sonra isə hər bir istifadəçi fotonu saxlaya və ya VKontakte sosial şəbəkəsində yerləşdirə bilər. Bannerlə şəkil çəkdirməyə hazır olmayan istifadəçiləri saxlamaq üçün, müsabiqə barədə elektron poçta xatırlatma funksiyası əlavə olunmuşdur.
“Pantene Pro-V 2016 ilin martında “selfi-banner” mexanikasını Rusiyada realizə edən ilk marka olmuşdur. Kampaniya 4 ay davam etdi, bu vaxt ərzində biz keyfiyyət göstəricilərini yaxşılaşdırmağa can ataraq, bannerin dizayn və mexanikası üzərində təcrübələrlər apardıq və nəticədə əsas fəaliyyət konversiyasını 2-3 dəfə artıra bildik. Belə müasir və loyal reklamın qeyri-standart mobil texnologiya inkişaf bazarına böyük faydası var” – deyə Happy Monday Family şirkətlər qrupunun icraçı direktoru Yelena Yutkina bildirib.