“Nike”ın “Hüdudsuz Gələcək” (Utlimited Future) adlı reklam çarxı internet ictimaiyyəti tərəfindən birmənalı qarşılanmadı. Şirkətə uşaq əməyinin istismarı ilə bağlı qalmaqal xatırladıldı.
YouTube-da 20 milyondan çox baxış yığan video “Çempionlar çempion doğulmurlar. Onlar uşaq doğulurlar” (Champions weren't born champions. They were born babies) haştaqı ilə yayımlanıb. Şirkət həmçinin Twitter-də “Çempion doğulmurlar. Çempion olurlar” şərhi ilə post paylaşıb.
Çarxın qəhrəmanı amerika aktyoru Bobbi Kannavale üzərində məşhur idmançıların adları yazılmış çarpayılarda uzanan uşaqlara müraciət edir: "Uşaqlar! Həyat ədalətsizdir. Siz gəldiyiniz həyata heç nə deyə bilməzsiniz. Siz özünüzə ad seçmirsiniz, haradan olduğunuza da qərar vermirsiniz. Evinizin olacağına və ya onu tərk etmək məcburiyyətində qalacağına da siz qərar vermirsiniz. Bəli, hər şey asan deyil. Dünyanın sizi necə mühakimə edəcəyini bilmirsiniz. Sizin hekayənizin necə başlamasına da siz qərar vermirsiniz, lakin onun necə qurtaracağı sizdən asılıdır.”
Bunlar xeyriyyə himni kimi görünür - hər kəs qələbə üçün öz yolunu seçmək üçün azaddır. Lakin, istifadəçilər hər şeyi fərqli qəbul etdilər. YouTube və Twitter-də videonun altındakı şərhlərdə uşaq əməyinin istismarı ilə bağlı qalmaqalı xatırladaraq, mənfi rəylər bildiriblər: “Nike-ın 2 ildən sonrakı işçiləri”, “Növbəti süjet: 12 yaşında bu uşaqlar Nike zavodlarının birində istismar olunacaq və onların ayaqqabılarını düzəldəcək”.
Qeyri-rəsmi məlumatlara görə, 90-cı illərdə şirkət çox pis iş şəraiti olan fabriklərin xidmətlərindən fəal istifadə etmiş və buna görə də beynəlxalq ictimaiyyət tərəfindən tənqid edilmişdir. Daha sonra, Nike üzr istədi və təhlükəsiz iş mühiti ilə təmin olunmağı üzərinə götürür - bu barədə məlumat şirkətin saytında dərc olundu. Nike bir neçə qətnamə qəbul etdi ki, onlara əsasən işçilərin yaşı 16-dan az olmamalı, həftəlik iş saatı 60 ötməməlidir.