Die Hard Fan proqramı Rio-de-Janeyroda keçiriləcək Olimpia oyunları çərçivəsində buraxılmışdır.



İdman azarkeşləri milli qürurlarını nümayiş etdirərək, "Nissan"ın Die Hard Fan proqramı vasitəsilə sosial şəbəkələrdə komandalarını dəstəkləyə biləcəklər. Proqram üz konturlarını tanımaqla bayraq şəklini qoyaraq şəkil və ya video yaradır. Hal-hazırda proqramda 206 iştirakçı ölkələrin bayraqlarının 20-dən çox dizayn variantından istifadə etmək mümkündür. Ev sahibi kimi, Braziliya yalnız bu ölkədə mövcud olacaq öz yerli versiyasını alacaq.



Əvvəlcə Die Hard Fan proqramı ötən ilin noyabrında Nissan-ın ABŞ-ın kollec və universitetlərinin 100 idman komandalarının sponsoru kimi çıxış edərkən, Critical Mass agentliyi tərəfindən yaradılmışdır. Buraxıldığından bir ay sonra proqram yarım milyon dəfədən çox yükləmə və milyonlarla paylaşım qazanmışdır. Yaradıcılar bildirir ki, kreativ komanda üçün əsas çətinlik, hər bir ölkə üçün unikal dizayn hazırlamaq olmuşdur. Bütün şəkillər tanınan olmalı, lakin təkrarlanmamalı idi. Agentliyin artıq əlavə reallıq texnologiyasında təcrübəsi var idi. Məsələn, L'Oreal üçün Makeup Genius proqram yaradılmışdır.



Die Hard Fan İOS və Android üçün mövcuddur.