Ən məşhur sərinləşdirici işki brendlərindən biri olan Fanta sonuncu redizaynından 8 il sonra güclü dəyişikliyə məruz qalaraq, yeni dizayn loqotip və qablaşdırma əldə etdi. Yeni dizaynın müəllifi açıqlanmır. Lakin, məlumdur ki, yeni dizaynda olan ilk məhsullar bəzi avropa ölkələrində rəflərdə görünəcək.
FANTA ŞÜŞƏLƏRİNİN TƏKAMÜLÜ
Ümumiyyətlə, brendin loqosu çox tez-tez dəyişilmişdir: 1940 ildə bu yana loqo düz 8 dəfə dəyişdirilmişdir. Son 8 ildə mövcud olan loqo 2008 ildə San-Fransisko istehsalçı ofisinin in-house komandası tərəfindən yaradılmışdır.
Məlum oldu ki, marka növbəti dəfə geniş miqyaslı rebrendinq etdi. “Coca-Cola”nın italiya bölməsinin rəsmi məlumatına görə, içki yeni qablaşdırma və loqo əldə edib. Yeni dizayn üçün test bazarları İtaliya, Polşa, Serbiya və Malta oldu. "Yeniləmənin məqsədi gənc alıcıların sayının nəzərəçarpacaq dərəcədə artmasıdır. Fanta görüşlər üçün bir içki olaraq, spontanlıq və qayğısızlıq simvolu olmalıdır” – deyə şirkət nümayəndələri bildirmişdir.
Şirkət nümayəndələrinin sözlərinə görə, yeni qablaşdırmanın aşağı hissəsindəki assimmetrik siluetin köməyi ilə içki, rəflərdə digər məhsullardan seçiləcək. Bu istehlakçıya güclü təsir etməli və təbii portağal şirəsinin mövcudluğu ilə alıcıları özünə cəlb etməlidir. Layihənin müəllifləri əmindirlər ki, - “Loqo qətiyyətli və müasir olmaqla gənc istehlakçıların zövqlərini qarşılamağa çalışır".



