Facebook istifadəçilərə ОС Android-də videoçarxları saxlamaq və onları oflaynda izləmək imkanı verən funksiya əlavə etdi. Xidmət proqramın son versiyaya yenilənməsindən sonra əlçatan olacaq.
Androidpolice-in yazdığına görə, çarxı yaddaşda saxlamaq üçün videonun küncündəki 3 nöqtəyə vuraraq, “Videonu saxlamaq” bölməsini basmaq lazımdır. Bundan sonra videoya oflaynda baxmaq olar.
Lakin yazını yalnız Facebook proqramında izləmək olar, digər videopleyerlər isə yüklənən faylı oxuya bilməyəcək.
IOS versiyanın daha sonra buraxılacağı bildirilir.