Yaxın gələcəkdə, bütün Facebook istifadəçilərinin eyni zamanda bir neçə dildə nəşr yaratmaq imkanları olacaq. Postların tərcümə funksiyası dünyanın 45 müxtəlif dili üçün mövcud olacaq. Sosial şəbəkənin digər istifadəçiləri nəşri uyğun olaraq, öz profillərində göstərilmiş dildə görəcəklər.



Şirkətin bloqunda qeyd olunur ki, hal-hazırda sosial şəbəkənin bütün dünyada milyarddan çox aktiv istifadəçisi vardır və onların yarıdan çoxu ingilis dilində danışmır.



Tərcüməni həm nəşrdən əvvəl, həm də nəşrdən sonra redaktə rejimində lazimi dili seçərək, etmək mümkün olacaq. Funksiyanı aktivləşdirmək üçün, akkuantın dil parametrlərində “Nəşri müxtəlif dillərdə etmək” bölməsini işarələmək lazımdır.



Əvvəllər nəşrin profil dilinə uyğun maşın tərcüməsini oxumaq üçün lentdə müvafiq düyməni basmaq lazım gəlirdi.