Məşhur İsveç hücumçusu Zlatan İbrahimoviç İsveç yığmasındakı karyerasını başa vurduğunu bildirib. “Vida” anı Volvo reklamında öz əksini tapıb.
“Karyeranın yekunu – keçmiş üçün üzülmə deyil, yeniliyə doğru bir addımdır - həm mənə, həm də “Volvo” markasına” – məşhur idmançı bildirib.
Həqiqətən də, idman KİV-də belə bir informasiya yayılıb ki, İtaliyanın “Roma”sı futbolçuya iki illik müqavilə təklif edib. İbrahimoviçin maaşı 7 milyon avro ola bilər.