Facebook düymələrin dizaynını yenilədi və “Like” düyməsindən “F” hərfini götürdü. Bundan başqa Facebook Chrome brauzer istifadəçilərinə kontenti bir kliklə internetdən birbaşa sosial şəbəkədə saxlamaq imkanı verdi.



Facebook həmçinin, bi sıra “sosial” düymələrin xarici görünüşünü dəyişib - "Paylaş", "Göndər", “İşarələ”, “Yadda saxla” və “Rəy”. Yeni dizayn - dəqiq rəng birləşmələri, kiçik həcmli nişanlar və “Like” və “Share”lərin birbaşa düymənin içində olmasını özündə birləşdirir.



Dizayndan əlavə Facebook Chrome istifadəçiləri üçün yeni düymələr təqdim edib. Birincisi - Facebookda saxlamaq – internetdə tapılmış maraqlı kontenti (məqalə, video, yeni resept və ya məhsul), daha sonra nəzərdən keçirmək üçün saxlamağa imkan verir. Hər ay 300 milyondan çox istifadəçi Facebook-un artıq Chrome-da da mövcud olan “Yadda saxla” düyməsindən istifadə edir. Brauzerdə yaranacaq daha bir düymə - Facebookda paylaş düyməsidir. Bu düymə internetdən tapılmış böyük həcmli kontentləri Facebookda, onun qruplarında və mesencerində paylaşmağa imkan verəcək. Hər iki funksiya pulsuzdur və onları Chrome Web Store-dan yükləmək mümkündür.





Daha bir yenilik, bir neçə həftədən sonra Instant Articles müəllifləri, öz məqalələrinin altında “Like”, “Share” və “comment” düymələrini əlavə edə biləcək. Bu düymələrin köməyi ilə məqaləyə dair bütün hərəkətlər “Like” və “Share”lərin ümumi hesabinda nəzərə alınacaq. Bundan başqa müəllif Comments Plugin quraşdırarsa, Instant Article gələn rəylər veb-saytda əks olunacaq.