Almaniyada insanların daha çox yığışdığı yerlərdə 5 metrdən səsə reaksiya verən xüsusi bilbordlar quraşdırılıb. Reklam lövhələrinin yanından keçən insan asqıra və ya öskürərsə lövhədə “Sağlam ol” ifadəsi yazılır və uyğun dərman reklamı görünür. Bundan əlavə xəstələrə lazimi dərmanı almaq üçün ən yaxın aptekə olan yol göstərilir.



Əczaçılıq şirkəti hesab edir ki, bu yolla onlar soyuqdəymə epidemiyasının qarşısını almağa öz töhfələrini verəcəklər. Çünki, lövhə xəstəliyin ilk mərhələsində olan insanların diqqətini cəlb etmək və lazimi tədbir görməyə motivə etməyə qadirdir.



«Cold Detector» adlı qeyri adi reklam lövhəsi McCann, McCann Health və MRM//McCann agentlikləri tərəfindən hazırlanıb və Kann reklam festivalına təqdim olunub.