Reuters Institute xəbər sənayesində vəziyyətə dair Digital News Report-a hesabat təqdim edib. O, çevrilmə prosesinin hələ bitmədiyini, və xəbərlərin çatdırılma və "qablaşdırma" üsullarının daim dəyişən olduğunu göstərir. Həmçinin ənənəvi nəşriyyat və yeni nəsil medianın biznes modelləri də dəyişir.
İnsanlar çoxlu xəbər mənbələrindən istifadə edir, vaxtlarını daha çox mobil cihazlarla keçirir və daha tez-tez reklamları blok edirlər. Reuters Institute-un tədqiq etdiyi bütün 26 ölkədə (Avropa və Asiya, Avstraliya, ABŞ, Kanada, Braziliya) məşğulluğun azalması, xərclərin aşağı düşməsi, mətbuat gəlirlərinin enməsi, digital-iqtisadiyyat şəraitinin sərtləşdirilməsi müşahidə olunur - daha əlverişsiz amilləri bir yerdə toplamaq kifayət qədər çətin olardı.
Respondentlərin yarısı (51%) həftəlik xəbərləri sosial şəbəkələrdən öyrənir. 12% üçün sosial şəbəkə əsas xəbər mənbəyidir. Təbii ki, üstünlük Facebooka aiddir – burada istifadəçilər xəbərləri tapır, oxuyur/baxır və onları paylaşırlar. Eyni zamanda, orijinal marka yaranır – bəzən insanlar informasiyanın haradan gəldiyini xatırlamırlar. Böyük Britaniya və Kanada da maarifləndirmə daha yaxşıdır, Yaponiya və Şimali Koreyada isə çox zəifdir.
Ekspertlər həmçinin, altı ölkədə xəbərlərə olan etibarlılığı araşdırmışlar. Məlum olub ki, ən böyük inamı finlilərdə (65%), ən az etibarlılığı isə yunanlar (20%) göstərir. Etibarlılıq səviyyəsi yaş, cins, gəlir və siyasi üstünlüklərdən asılı olaraq dəyişir.
Qeyd edilir ki, BuzzFeed və Huffington Post kimi gənc KİV-lər ikinci xəbər mənbələri kimi çıxış edir. Əsaslar isə Yahoo, MSN və AOL kimi nüfuzlular adlandırılır. Digər tərəfdən, xəbər toplayıcıları da mövqelərini əldən vermir. Bəzi ölkələrdə, onlar böyük populyarlıq və böyük əhatəyə malikdirlər. Məsələn, Cənubi Koreyada bu Naver-dir, Yaponiyada — Yahoo, Portuqaliyada— SAPO, Polşada — Onet və WP, Çexiyada — Seznam.
İstifadəçilər öz xəbər lentlərini özləri ayarlayırlar, buna görə də alqoritmlərə görə narahatlıq hiss etmirlər. Bəziləri vacib xəbərləri ötürəcəklərindən qorxsalar da ümumilikdə fərdiləşməyə sakit yanaşırlar. Lakin, online xəbərlərin mənfi cəhətlərini insanlar digər mənbələrdən istifadə etməklə kompensasiya edir. Məsələn, Böyük Britaniya sosial şəbəkə istifadəçilərinin 66% -i ən azı həftədə bir dəfə TV-də xəbərləri seyr edir və 29%-i isə qəzet oxuyur.
Yeni formatların çıxmasına baxmayaraq, istehlakçılar üçün xəbər kontentinin ən məşhur növü kimi məqalə qalır. İkinci yerdə - "başlıqlara nəzər yetirmək”, üçüncü yerdə isə internetdə video xəbərlərdir. Lakin sonuncu gözlənildiyi kimi sürətlə artmır. Araşdırmaya görə, bir həftədə respondentlərin yalnız 24% onları izləyir. Video izləmə daha çox ABŞ-da (33%) və çox az Danimarkada (15%) müşahidə olunur.
İnsanlar xəbər çarxlarından çox mətnə üstünlük verir – 41% hallarda bu daha tez və daha rahatdır. İkinci səbəb videokontent öncəsi pre-rollardır (35%). Bu formatdan narazı olanların sayı artır. Bu xüsusilə, ABŞ, Fransa, Finlandiya və Böyük Britaniyada özünü göstərir.







