Twitter-də videonun limitini 140 saniyəyədək artir. Əvvəllər sosial şəbəkə 30 saniyəlik videoları yükləməyə imkan verirdi.



Yaxın gələcəkdə Twitter istifadəçilərinə bir neçə yeni funksiya təqdim olunacaq. Belə ki, sosial şəbəkədə 30 saniyə təşkil edən video yükləmə limiti 140 saniyəyədək artırılacaq.




Son zamanlar, video Twitterdə müzakirə mərkəzinə çevrilir. 2016-cı ilin əvvəlindən sosial şəbəkədə bu formatın istifadəsi 50%-dən çox artmışdır. Bu baxımdan, servis bu sahəni fəal inkişaf etdirməyi planlaşdırır.



Eyni zamanda, Twitter məşhur bloqçular üçün yeni analitika xidməti - Twitter Engage istifadəyə verəcək.



Twitter Engage - məşhur bloqçulara öz abonentlərini artırmaq, onlarla qarşılıqlı ünsiyyət qurmaq və dəstəkləməyə imkan yaradan yeni proqramdır. Servis onlara tvit səmərəliliyini təhlil etmək, istifadəçilərə nəzarət etmək və cəlbolunmanı artırmağa imkan verir.