Facebook yerli reklam funksionallığının genişləndirilməsini elan edib. İndi yerli bildiriş elanlarında istifadəçilərə şirkəti tapmaq üçün gediş xəritəsi nümayiş olunacaq. Bundan əlavə, sosial şəbəkə bu format reklamın köməyi ilə alınmış, oflayn mağazaların faktiki ziyarət sayını ölçəcək.



Xəritəni göstərmək üçün Facebook mobil cihazlara yüklənmiş xəritə xidmətlərindən - Google Maps və Apple Maps - istifadə edəcək.



Bu funksiya - Facebook-un Google-la rəqabətdə mövqelərini gücləndirməyə, eyni zamanda müştəriləri şirkətlərin ticarət nöqtələrinə cəlb etmək və online reklamın faktiki nəticələrə təsirini izləmək üçün nəzərdə tutulmuşdur.



Şirkətlər yaşına və cinsinə görə real vaxt rejimində mağazalarına olan ziyarətləri görə biləcək. “Mağazaya olunan növbəti ziyarəti qeydə alan kimi, biz bu məlumatı reklam hesabatlarında göstərəcəyik”, – deyə Facebook qeyd edib. Bundan əlavə, reklamçılara son gün, bir həftə və ya 28 gün üçün mövcud statistika təqdim olunacaq.



Facebook həmçinin, şirkətlərə öz əməliyyat məlumatlarını sosial şəbəkə məlumatları ilə müqayisə edərək, Facebook reklamının zəng və satışlara təsirini öyrənmək imkanı verəcək. Yeni Offline Conversions API Facebook-dan ilk istifadə imkanını IBM, Index, Invoca, Lightspeed, LiveRamp, Marketo və Square əldə etdı.



Xatırladaq ki, Facebook 2014 ilin oktyabrında yerli bildiriş elanlarının (Local Awareness ads) buraxılmasını açıqladı. Bu format reklamlar, biznes sahələrinə yaxın olan insan qruplarına göstərilmiş reklam hesabına, yeni müştəriləri cəlb etməyə imkan verir.