Facebook sosial şəbəkəsi 360 dərəcə formatında fotoları dəstəkləməyə başladı. Bu barədə Mark Zuckerberg öz səhifəsində xəbər verib.



“Onlar 360 dərəcəli video formata oxşardır. Siz telefonunuzu çevirərək orada olduğunuzu hiss edə bilərsiniz” - Mark Zuckerberg bildirib.



Funksiya sferik kamera ilə çəkilmiş fotoları dəstəkləyəcək. Fotolara həmçinin, virtual reallıq dəbilqələrinin köməyi ilə baxmaq oalcaq. Beləliklə Facebook 360 dərəcəli fotoları dəstəkləyən ilk sosial şəbəkə oldu.



Bundan əlavə, Zuckerberg Michael Franz və Jonathan D. Woods tərəfindən TIME jurnalı üçün xüsusi çəkilmiş Manhettenin 360 dərəcəli fotolarını dərc edib.