Facebook sosial şəbəkəsi Krım əhalisinin reklam hesablarını bağladı. FlashCrimea informasiya agentliyinin sözlərinə görə, öz məhsul və xidmətlərini Facebook vasitəsi ilə reklam edən biznesmenlərin səhifələrinin bağlanması iyunun 1-dən başlayıb. Hesabın bağlanması istifadəçinin hər hansı bir Krım identifikatoru ilə təsdiqlənməsi zamanı baş verir. Eyni zamanda növbəti dəfə Krımda qeydə alınmayan IP-ünvanı ilə sosial şəbəkəyə giriş edəndə reklam profili öz işini bərpa etmir.
Hesabları bağlanmış istifadəçilər Facebook-un dəstək mərkəzinə müraciət etdikdə, hamıya eyni qaydada belə cavab gəlir: “Biz sizin hesabınıza ödənişlər etmək imkanınızı bağlamışıq, belə ki, siz bu funksiyanın dəstəklənmədiyi zonada yerləşirsiniz. Bu sizə hər hansı bir narahatlıq yaradırsa, çox təəssüf edirik.”
SearchEngines-ə görə qadağa Krım ərazisində fiziki olaraq yerləşən bütün istifadəçilər üçün tətbiq edilir.