Google-un ana kompaniyası olan Alphabet şirkətinin icraçı direktoru Erik Şmidt istifadəçilərə kabel bağlantısından daha ucuz başa gələcək yüksək sürətli simsiz internet texnologiyası haqqında danışıb.



Şmidt qeyd edib ki, - “Yeni texnologiyalar siqnalı saniyədə 1 GB sürətlə ötürə biləcək. Daha mükəmməl mikroprosessorlar və daha dəqiq radiosiqnallar simsiz interneti, kabel bağlantısından daha ucuz etdi.”



Yeni texnologiyanın tətbiqi 2017-ci ildə Kansas City-də planlaşdırılır. Bundan başqa şirkətdə istifadəçilərdən evlərində siqnalı tutmaq üçün əlavə qurğuların quraşdırılmasını tələb edə bilən bir neçə simsiz texnologiyalar sınaqdan keçirilir.



Şmidt həmçinin, Alphabet -də yaxın illərdə prespektiv hesab edilən texnologiyalar haqqında danışıb. O, bunlar arasında üç ölçülü çap, virtual reallıq cihazları və süni intellekt layihələrini göstərib.