Demək olar ki, bütün mesajlaşma proqramları və sosial şəbəkələr gif dəstəyini təmin edir. Hətta artıq öz gif albomunu yaradırlar. Bütün bunlara baxmayaraq WhatsApp-da hələ də gif göndərildiyi zaman linkə vurub brauzer açılmasını gözləməmiz lazımdır.
Whatsapp-ın beta yeniləmələrini və inkişaflarını paylaşan WABetainfo adlı hesabın paylaşdığı məlumatlara görə iOS 2.16.7.1 versiyasında gif xüsusiyyəti əlavə olunacaq.
Gif dəstəyi olsa da, hələlik gif-i telefondan yükləyib birbaşa paylaşmaq mümkün olmayacaq. Hər hansı bir gif linkini paylaşdığınız zaman qarşı tərəf linkə vurub brauzer açılmasını gözləmək məcburiyyətində qalmayacaq və birbaşa olaraq WhatsApp içərisində görəcək. Ayrıca ön izləməsi də göstəriləcək.
Facebookun sahibi olduğu Messencerdə asanlıqla axtarış, paylaşma kimi xüsusiyyətlər olduğu halda WhatsApp-da bununla bağlı bir çox problemlər var. Lakin yaxın zamanda bu problemlərin aradan qalxacağı gözlənilir.