Instagram tarixində ilk reklam kampaniyasını buraxır. Kampaniya bu yay Fransada keçiriləcək. Həm çöl, həm də kinoteatr və internet reklamını əhatə edəcək kampaniya avqustun sonuna qədər davam edəcək. Kampaniyasnın mərkəzində Fransalı Instagram istifadəçilərinin gündəlik həyat şəkillər və videolar olacaq. Instagram rəsmiləri kampaniyanın investisiya məbləğini açıqlamayıblar.



Tezliklə Fransada futbol üzrə Avropa çempionatı keçiriləcək. Kampaniya bu hadisə ilə üst-üstə düşə bilər. Eləcə də yeniyetmələr arasında çox məşhur olan Instagram SnapChat kimi digər resursa öz mövqelərini verməyə başlayır , belə ki, son araşdırmaya görə, SnapChat ABŞ yeniyetmələri arasında ən məşhur sosial şəbəkəyə çevrilmişdir.



“Biz artmağa davam edirik, lakin bu, ilk növbədə Fransada çox fəal olan icmamızın səylərini tanımaq üçün bir yoldur” – deyə Facebook France-ın rəhbəri Loran Solli bildirib.





Instagram yaxınlarda qara və ağ dizayn və yenilənmiş loqo daxil xarici dəyişikliklərə məruz qaldı. Bu il sosial şəbəkədə 200 mindən çox reklamverənlər olmuşdur.