Burger King şəbəkəsi Almaniyanın vahid magistral boyunca reklam konstruksiyalarının yerləşdirilməsini qadağan edən yerli qanunları üstələməyə yol tapdı. Şəbəkə, Grabarz & Partner agentliyi ilə birgə böyük yük avtomobillərinin sürücülərinin diqqətini cəlb etmək üçün kampaniya təşkil etdi.
Aksiyada damında Burger King-in reklamı yerləşdirilmiş kiçik maşınlar iştirak etdi. Maşınların üzərində əsasən böyük rəngli hərflərlə: “Hey, sən, yuxarıda”, “Acmısan?” və s. kimi sözlər yazılmışdır.
Kampaniya "Truckvertising 2016" adlandırılıb. Nəticədə, qeyri-adi Burger King reklamını böyük yük avtomobillərinin sürücüləri görüb və videodan göründüyü kimi bu onların xoşuna gəlib.