Futbol üzrə Avropa çempionatı ərəfəsində Avropa ölkələrinin və çempionatın azarkeşlərinə dəstək olaraq "Türk Hava Yolları" aviaşirkəti “Avropada ən yaxşını qarşıla” kampaniyasına başlayıb. Kampaniya çərçivəsində - televiziya reklam çarxları təqdim olunacaq, biletlər lotoreyada oynanılacaq, həmçinin kampaniyanın xüsusi saytı fəaliyyət göstərəcək. Bundan başqa çempionat zamanı "Türk Hava Yolları"nın bəzi təyyarələrində canlı futbol oyunları yayımlanacaq, həmçinin, çempionat keçirilən dörd şəhərdə xüsusi temalı zonalar yaradılacaq və xüsusi marka isə Parisin ən məşhur yerlərini bəzəyəcək.



İstifadəçilərin “#EuropesBest” haştaqi ilə xəbərləri və öz emosiyalarını paylaşdığı bütün informasiyanın toplandığı xüsusi sayt isə kampaniyanın mərkəzi olacaq. Bundan başqa "Türk Hava Yolları" - məşhur Hollivud rejissoru Qreydi Hollun əməkdaşlığı ilə yaradılmış yeddi tematik televiziya çarxı təqdim edib. “Avropada ən yaxşını qarşıla” tematik video professional idmanla "Türk Hava Yolları"nın sərnişinlərinin inanılmaz uçuş hissini birləşdirir.





Bundan əlavə, aviaşirkət A330-300 sərnişin aerobusun birinin göyərtəsini UEFA EURO 2016 uyğun dizayn etmişdir.





"Türk Hava Yolları" marketinq direktoru Əhməd Olmuştur qeyd edib ki, «“Avropada ən yaxşını qarşıla” kampaniyası çempionatın mərkəzində olan bütün azarkeşlər və futbolsevənlər üçün yaradılmışdır. Xüsusi sayt, tematik televiziya çarxları, biletlərin lotoreyada udulması və s. köməyi ilə "Türk Hava Yolları" bütün azarkeşlərə Avropada idman azarkeşləri ilə idman birliyinin sevincini və həyəcanını yaşamağa imkanı yaradır.»