İspan avtomobil təmir şəbəkəsi olan Midas əməkdaşlarının yalan danışmadığını müştərilərə sübut etmək üçün qeyri-ənənəvi reklam kampaniyası keçirib.
İspaniya istehlakçılar və istifadəçilər təşkilatının araşdırmalarına görə, burada 10 nəfərdən 6-sı avtomexaniklərin onları aldatdığını düşünür. Cəmiyyətdəki bu fikir iqtisadi böhran zamanı daha çox artmışdır.
İspan avtomobil təmir şəbəkəsi olan "Midas" bu münasibətlə razılaşmayıb, şəffaflıq və dürüstlük həmişə brendlərinin əsas komponentləri olduğunu bildirdi və qeyri adi kampaniya keçirtdi.
Kampaniya “insan həmsöhbətinin yalan danışıb-danışmadığını bilmək istəyirsə, onun gözlərinin içinə baxmalıdır” ideyası əsasında hazırlanmışdır. Nəticədə 20 könüllü mexanik yalan detektorunun gözünün içinə baxdı.
Nəticələr çox təsirli oldu. Şirkətin göstəricilərinə görə Midasın xidmət keyfiyyətinə olan güvənlilik 28,6% artdı. Satışlar isə 2015-ilə nisbətən 5,1% yüksəldi. Bu kampaniyadan sonra şirkət hətta rəsmi dillerləri qabaqlayaraq, dördüncü yerdən birinci yerə yüksəldi.
Proximity, Madrid agentliyi tərəfindən hazırlanmış kampaniyanın ümumi dəyəri 81 035 avro təşkil etmişdir.