Demner, Merlicek & Bergmann Avtriya agentliyi BMW markası üçün gecə yollarda heyvanları aşkar etməyə qadir olan bilbordlar hazırlayıb. Bilbordlar vəhşi heyvanların yaxın olduğu yollarda quraşdırılıb. Heyvanların avtomobil təkərləri altında ölüm problemi xüsusilə yaz aylarında aktual olur.



Diodlu reklam ekranları gecə görmə cihazları ilə təchiz olunmuşdur ki, bu da yol kənarındakı heyvanın yerini müəyyən etməyə və sürücülərə göstərməyə imkan verir. Kampaniya güclü təhlükəsizlik sisteminə malik BMW avtomobillərinin reklamı məqsədini daşıyır.





Jung von Matt/Alster artıq 2008-ci ildə Almaniyada buna bənzər layihə təqdim etmişdir. O zaman "Mercedes-Benz"in təhlükəsizlik sistemi reklam olunaraq, gecə fonunda dayanmış heyvanlar olan plakatlar hazırlanmışdir. Bu plakatlarda hər bir heyvan, sürücülərə yollarda daha diqqətli olmağa çağıran bir hekayə ilə müraciət edir.